Naxçıvana vergidaxilolmaları artıb - Hesabat

14:46 - 2.03.2023


2 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Naxçıvan MR Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə daxil olmaların həcmi açıqlanıb.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, adıçəkilən qurumun xətti ilə büdcəyə 22,4 milyon manat vergi daxil olub.

Müqayisə üçün qeyd edək ki, bu, ötən ilin eyni dövrünə nisbətən 23,9 %, proqnozdan isə 16,7 % çoxdur.

Təkcə bu ilin fevral ayında isə vergi daxilolmaları 1 il əvvələ nisbətən 57 % və ya 4,5 milyon manat artıb.