14:12 - 24.02.2023
24 fevral, Fineko/abc.az. “Silk Way West Airlines” həftədə iki dəfə Səudiyyə Ərəbistanının Dammam şəhərinə, habelə Özbəkistanın paytaxtı Daşkəndə həyata keçirilən müntəzəm yükdaşıma reysləri vasitəsilə şəbəkəsini Yaxın Şərq və Mərkəzi Asiya regionlarına genişləndirir.
ABC.AZ xəbər verir ki, müntəzəm reyslər yüklərin Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan birbaşa olaraq Dammamdakı Kral Fahd Beynəlxalq Hava Limanına və Daşkənd Beynəlxalq Hava Limanına çatdırılmasına imkan verəcək.
Dammam və Daşkənd istiqamətində bu marşrutların açılması ilə aviaşirkət Yaxın Şərq və Asiya kontinental yükdaşıma şəbəkəsindəki rolunu gücləndirəcək və həm yerli, həm də beynəlxalq tərəfdaşlar üçün hava yükdaşımaları xidmətlərinin keyfiyyətini artıracaq.
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026