Bakının bir sıra yollarında sürət həddi endirilib

11:52 - 24.02.2023


24 fevral, Fineko/abc.az. Hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti, Aeroport şosesi, Mərdəkan şosesi, Buzovna-Zuğulba yolu və Zığ şosesində sürət həddi 20 km/saat endirilib.

ABC.AZ xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat verib.