Cari ildə tikinti materiallarının istehsalında artım olub

11:17 - 24.02.2023


24 fevral, Fineko/abc.az. Cari ilin yanvar ayında tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 60,7 milyon manat olmaqla, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 20,7 faiz artıb.

Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.

Verilən məlumata görə, ay ərzində tikinti gipsinin istehsalı 2,8 dəfə, əhəng istehsalı 62,1 faiz, beton istehsalı 45,1 faiz, sement klinkerlərinin istehsalı isə 38,8 faiz artıb.