“Toyota Motor Corp” son 20 ilin ən böyük maaş artımını həyata keçirəcək

17:27 - 22.02.2023


22 fevral, Fineko/abc.az. “Toyota Motor Corp” yaxın vaxtlarda işçilərini sevindirəcək addım atacağını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, şirkət bunun üçün son 20 ilin ən böyük maaş artımını həyata keçirməyə hazırlaşır. Şirkət rəsmiləri bəyan edib ki, danışıqların ilk raundunda maaşların, o cümlədən əsas əməkhaqqı və mükafatların artırılması ilə bağlı razılaşmanın əldə edildiyini bildiriblər.

Sevindirci xəbəri ictimiayyətlə pylaşan “Toyota” şirkətinin rəsmiləri işçilərin əməkhaqqı artımının neçə faiz olacağını açıqlamayıb.

Şirkət bu ilki mükafatların 6,7 aylıq əməkhaqqına bərabər olacağını bildirib.

Həmkarlar ittifaqının yaydığı açıqlamada sözügedən maaş artımının son 20 ilin ən böyük artımı olduğu vurğulanıb.