17:01 - 22.02.2023
22 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona başsağlığı verib.
ABC.AZ bildirir ki, başsağlığı mətnində deyilir:
"Hörmətli Emoməli Şərifoviç,
Dağlıq Bədəxşan Muxtar Vilayətində baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Tacikistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"
8 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026