Həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur – İlham Əliyev

10:49 - 20.02.2023


20 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Almaniyada Azərbaycan telekanallarına müsahibəsində Ermənistanla Azərbaycan sərhədində nəzarət buraxılış məntəqələrinin yaradılmasın təklif etdiyini açıqlayıb.

ABC.AZ xəbər verir ki, dövlət başçısı sözügedən məsələnin mahiyyətini şərh edib:

“Bizim ilkin təəssüratımız budur ki, həm Avropada, həm də Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Və bu iki ölkə arasında əlaqələrin normallaşdırılmasında önəmli amildir. Çünki biz sərhədlərin delimitsiyası haqqında danışırıqsa, nəzarət buraxılış məntəqələri olmadan bu mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eləcə də Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət buraxılış məntəqələri yaradılmalıdır. Bu gün dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə bunu mən rəsmi təklif kimi irəli sürdüm, biz Ermənistan tərəfindən cavab gözləyəcəyik”.