Azərbaycan Ermənistanla görüşdə yeni təklif irəli sürüb – İLHAM ƏLİYEV AÇIQLADI

10:35 - 20.02.2023


20 fevral, Fineko/abc.az. Bildiyiniz kimi, Azərbacan tərəfi Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdə olub.

ABC.AZ xəbər verir ki, səfər zamanı dövlət başçısı yerli kanallara müsahibə verib.

O bildirib ki, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistan baş naziri Nikol Paşinyanın Münhendə keçirilən birgə görüşündə yeni təklif irəli sürüb.

Dövlət başçısı bildirib ki, iki ölkə sərhədində nəzarət buraxılış məntəqələrinin yaradılmasın təklif edib: “Görüşdə bildirdim ki, yaxşı olar ki, Ermənistan və Azərbaycan ikitərəfli qaydada Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələri yaratsınlar”.

İlham Əliyev açıqlayıb ki, bu təklifi Azərbaycan tərəfi Ermənistana bir qədər əvvəl qeyri-rəsmi kanallarla verib: “Biz bu təklifi vermişik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdır. Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi, ola bilər ki, onlara bunu müzakirə etmək üçün müəyyən vaxt lazımdır”.