17:24 - 17.02.2023
17 fevral, Fineko/abc.az. ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla" 362 min 758 avtomobilini geri çağırıb.
ABC.AZ xəbər verir ki, bu barədə şirkət məlumat açıqlayıb.
Məlumata əsasən, şirkət avtomobilləri proqram təminatı yeniləmələri üçün geri çağırıb.
Açıqlamada "Tesla"nın 2016-2023 "Model S", "Model X", 2017-2023 "Model 3" və 2020-2023 "Model Y" modelləri təhlükəsizlik səbəbilə geri çağırıldığı bildirilib.
18 Avqust 2026