12:29 - 10.02.2023
10 fevral, Fineko/abc.az. "Badamlı Mineral Sular" MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
ABC.AZ xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) ilə irəli sürülüb.
Qeyd edək ki, "Badamlı Mineral Suları" MMC (VÖEN: 0200465671) 24.11.2008-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 200 manatdır. Qanuni təmsilçisi Saqil Hacıyev Naməddin oğludur.
Hüquqi ünvanı Az7100,Şahbuz Rayonu, Badamlı ünvanında yerləşir.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026