12:23 - 10.02.2023
10 fevral, Fineko/abc.az. 2023-cü ildə Rusiya elektriklə işləyən avtomobillərin istehsalını 9 dəfə artırmağı planlaşdırır.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin birinci müavini Andrey Belousov deyib.
O, qeyd edib ki, 2024-cü ilə qədər Rusiyada yalnız təşəbbüs çərçivəsində enerji doldurma stansiyalarının sayı təxminən 3 min ədəd olmalıdır.
"2023-cü ildə Rusiya Federasiyasında elektriklə işləyən avtomobillərin istehsalının ildə 18 min ədədə, 2024-cü ildə 36 min ədədə çatdırılması planlaşdırılır" deyə o qeyd edib.
18 Avqust 2026