17:31 - 6.02.2023
6 fevral, Fineko/abc.az. "Emsa Baku" MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
ABC.AZ xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.
İcraatda olan işə Bakı Şəhər Binəqədİ rayon Məhkəməsində baxılır. İddia hakim Mahirə Kərimovanın sədrliyi ilə araşdırılacaq.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026