10:55 - 26.01.2023
26 yanvar, Fineko/abc.az. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat keçirir.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, hazırda əməliyyat tədbirləri davam edir.
Məlumatı Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər.
Qeyd olunub ki, əməliyyat barədə əlavə məlumat veriləcək.