12:24 - 24.01.2023
24 yanvar, Fineko/abc.az. "Bank Standard" QSC (ləğv prosesindədir) üç şirkət qarşısında iddia qaldıırb.
ABC.AZ xəbər verir ki, həmin şirkətlər "Baku Steel Company" QSC, "Bakuelektroqaynaq" ASC və "Azəri Steel-2009" MMC-dir.
İddia müqavilələrdən (kredit) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb. İşə Bakı Kommersiya Məhkəməsində baxılır.
İddia hakim Aytən Əliyeva sədrliyi ilə araşdırılacaq.