17:04 - 19.01.2023
19 yanvar, Fineko/abc.az. Azərbaycanda əhalinin sosial mediadan istifadəsi müxtəlif aspektlərdən daim müzakirə edilir. Sosial medianın Azərbaycan seqmentində istifadəçi artımları ilə müşahidə edilən dinamika mövzunun aktuallığını şərtləndirən əsas amillərdən biridir.
Sosial Tədqiqatlar Mərkəzindən ABC.AZ.-a verilən məlumata görə “Digital 2022: Azerbaijan” məlumatlarına görə, ötən ilin əvvəlinə ölkədə 5.2 milyon sosial media istifadəçisi var və bu ölkə əhalisinin 50,7%-nə uyğun gəlir.
2021-2022-ci illər ərzində sosial media istifadəçiləri 900 min nəfər artıb.
Həmçinin "Meta"-nın reklam məlumatları Azərbaycanda 1,6 milyon nəfər "Facebook" istifadəçisi olduğunu göstərib. Ölkədə "Facebook"-un reklam kütləsinin 31,7%-i qadınlardan, 68,3%-i kişilərdən ibarətdir. “GlobalStats”-ın məlumatlarından isə aydın olur ki, “İnstagram” və “YouTube” istifadəçiləri ötən ilin sonundan etibarən üstünlüyü təşkil edir.
Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə, ölkə üzrə əhalinin 72,2%-i sosial mediadan istifadə edir. (Sorğunun 18 yaşından yuxarı şəxslərlə keçirilməsi nəzərə alındıqda, nəticələr statistikanı təsdiq edir).
Sosial media istifadəçilərinin 43,6%-i “YouTube”, “35,8%-i “İnstagram”, 26,5%-i “Facebook”, 25,0%-i “TikTok”, 6,4%-i isə “Twitter” platformalarından istifadə edir.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
25 Sentyabr 2026
23 Sentyabr 2026