“Vektor QSC” MMC qaydaları pozdu – Məhkəməlik oldu

14:56 - 18.01.2023


18 yanvar, Fineko/abc.az. “Vektor QSC” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

ABC.AZ xəbər verir ki, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

İşə Bakı şəhər Nərimanov Rayon Məhkəməsində baxılır. İddia Vüsal Qurbanovun sədrliyi ilə araşdırılacaq.