“Retro Holding” MMC buna görə məhkəməlik oldu

16:18 - 17.01.2023


17 yanvar, Fineko/abc.az.  “Retro Holding” MMC- yə gömrük  qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib olunub.

ABC.AZ xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 485.1-ci  maddəsinə görə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycanın gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə  fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 70 manatdan 100 manatadək məbləğdə, hüquqi şəxslər 250 manatdan 500 manatadək məbləğdə cərimə edilir.