12:34 - 17.01.2023
17 yanvar, Fineko/abc.az. “300 manat pensiya alan vətəndaşın pensiyası indi 316,7 manatdır. Bu isə aylıq pensiya məbləğidir. Amma heç də bu ay üçün yeganə artım deyil”.
ABC.AZ xəbər verir ki, bunu deputat Vüqar Bayramov qeyd edib. O bildirib ki, ötən ilin ilk 10 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artıb. Bu o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda bu ilin yanvar ayında pensiyalar təxminən 15 faizə yaxın indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm bu ayın sonuna doğru elan olunacaq.
“Birinci artım sabahdan verilsə də, 2022-ci ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika yanvar ayın sonunda bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma ikinci artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Yardımın pensiyaya əlavə olunan məbləği isə artıq bu aydan ödəniləcək. Bu, o deməkdir ki, 300 manat pensiya alan vətəndaşımızın pensiya məbləği yanvar ayında 316,7 manat, fevral ayında 411,7 manat, mart ayından etibarən isə 364,2 manat alacaq.
Bir daha qeyd etmək istərdim ki, indeksasiya faizdən asılı olaraq bu rəqəmlərdə kiçik dəyişikliklər ola bilər. Amma ümumi mexanizm artıq təsdiq edilib. Bununla belə, indeksasiya faizində qeyd etdiyimz rəqəm ilə müqayisədə ciddi dəyişiklik gözlənilmir”, - deyə deputat əlavə edib.
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026