Yaponiyada müflis olan şirkətlərin sayı durmadan artır

12:24 - 9.01.2023


9 yanvar, Fineko/abc.az. 2022-ci ildə Yaponiyada müflis olan şirkətlərin sayı 5% artaraq 6,4 minə çatıb.

ABC.Az xəbər verir ki, bu barədə "Nikkei" qəzeti xəbər yayıb.

Bildirilir ki, bu rəqəm Yaponiyada son 3 ildə ilk dəfə artıb. Əgər 2021-ci ildə iflas etmiş şirkətlərin borclarının ümumi məbləği təxminən 8,3 milyard dollar təşkil edirdisə, 2022-ci ildə bu, təxminən 17,4 milyard dollardır.

Ən çox tikinti və logistika sektorunda fəaliyyət göstərən şirkətlər zərər çəkir.

Səbəblər arasında Ukrayna münaqişəsi ilə bağlı enerji və istehsal materiallarının qiymətinin artmasıdır. Həmçinin qeyd olunur ki, COVID-19 ilə bağlı vəziyyət fonunda işçi çatışmazlığı da rol oynayıb.

Qeyd edək ki, Yaponiya iqtisadiyyatı nominal ümumi daxili məhsula (ÜDM) görə dünyada üçüncü, alıcılıq qabiliyyəti paritetinə görə isə dördüncü ən böyük iqtisadiyyatdır.