Dövlət Əmək Müfəttişliyi Xidməti ofis icarəsinə böyük məbləğ xərcləyir

16:29 - 6.01.2023


6 yanvar, Fineko/abc.az. Dövlət Əmək Müfəttişliyi Xidməti "Xidmətin Bakı şəhər İdarəsi üçün inzibati bina sahəsinin icarəsi xidmətinin satınalınması" tenderinin nəticələrini açıqlayıb.

ABC.AZ xəbər verir ki, tenderin qalibi fiziki şəxs Fəridə Hüseynalı qızı Orcuova olub.

Onunla 163 min 549 manat məbləğində müqavilə imzlanıb.

Qeyd edək ki, nəzərdə tutulan icarə üçün ofis icarəsi 908 m2-dir.