15:35 - 6.01.2023
6 yanvar, Fineko/abc.az. Qarabağda biznes fəaliyyəti ilə məşğul olmaq üçün qadınlar tərəfindən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasına (AQSİA) 343 layihə təqdim edilib.
ABC.AZ xəbər verir ki, bunu Assosiasiyanın İdarə Heyətinin sədri Səkinə Babayeva deyib.
Onun sözlərinə görə, bu layihələr Bərdədə, Tərtərdə, Ağdamda, Hadrutda, Füzulidə, Zəngilanda biznes fəaliyyəti ilə məşğul olmaq üçün təqdim edilib: “Bu layihələr əsasən təndir sexlərinin açılması ilə bağlıdır. Həmçinin azad edilmiş ərazilərdə kənd təsərrüfatı məhsullarının əkilməsi kimi layihələri də var.
Sahibkarlara bildiririk ki, qeyd edilən bölgələrdə bulaqlar var və onların yaxınlığında etnik turizm və eyni zamanda kənd turizmi ilə məşğul olmaq olar. Bu kimi layihələr üzrə modellər hazırlayıb, qadınlara təqdim edirik”.
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026