12:39 - 5.01.2023
5 yanvar, Fineko/abc.az. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Böyük İpək yolunun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 130 kilometrlik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 82,2-ci kilometrlik Gəncə-Zəyəm-Qırılı hissəsində tikinti işlərini yekunlaşdırıb.
ABC.AZ xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, layihəyə əsasən torpaq yatağının ümumi eni 27,5 metrdir. Magistralın Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsində tikinti işləri 3 hissə üzrə icra olunur.
Belə ki, 39,8 kilometrlik 1-ci və 42,4 kilometrlik 2-ci hissələrin 1-ci texniki dərəcəyə uyğun inşası artıq yekunlaşıb.
Magistralın tikintisi yekunlaşmış Gəncə-Zəyəm-Qırılı hissəsində, 16 avtomobil körpüsü və yolötürücüsü, 13 yol qovşağı, 53 alt keçid, 362 dairəvi boru, 22 düzbucaqlı su keçidi, 56 dayanacaq inşa edilib.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026