Prezident daha bir qanunu təsdiqlədi

14:47 - 30.12.2022


30 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi “2023-cü il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib.

ABC.AZ xəbər verir ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 773 milyon 978 min manat, xərcləri 33 milyard 353 milyon 278 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 30 milyard 16 milyon 998 min manat, yerli gəlirləri 756 milyon 980 min manat, mərkəzləşdirilmiş xərcləri 32 milyard 583 milyon 992 min manat, yerli xərcləri 769 milyon 286 min manat) məbləğində olacaq.