13:53 - 30.12.2022
30 dekabr, Fineko/abc.az. “Bakı Metropoliteni” QSC 20-ci yeni nəsil qatarı xəttə buraxıb.
Bu barədə ABC.AZ -a qurumdan məlumat verilib.
Bilidirilir ki, yaxın vaxtlarda hər biri 5 vaqondan ibarət 3 qatar tərkibi də sazlama və sınaq işlərindən sonra mərhələ ilə sərnişindaşıma prosesinə cəlb ediləcək.
Bununla da vaqon parkında ən son nəsil vaqonların sayı 115-ə, yaxud qatarların sayı 23-ə çatdırılacaq.
Xatırladaq ki, yeni qatarlar texniki parametrləri ilə əvvəlkilərdən fərqlidir.
Onların maksimal sürəti 90 km/saat, mühərriklərinin gücü 170 kilovatdır. Sifarişçinin texniki tələblərinə uyğun olaraq, vaqonlar Bakının yeraltı yollarının ağır hidrogeoloji şəraiti, Bakı metropoliteninin mürəkkəb xüsusiyyətləri nəzərə alınmaqla istehsal edilib.
Məsələn, yol profilinin mürrəkkəbliyi qatar tərkibinin bütün vaqonlarının dartı mühərriki ilə təmin olunması tələbini doğurub.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026