“Gəncə Dəyirman” MMC bu qurumu məhkəməyə verdi

12:22 - 30.12.2022


30 dekabr, Fineko/abc.az. “Gəncə Dəyirman” MMC “Tərlan-Bərəkət” MMC-ni məhkəməyə verib.

ABC.AZ xəbər verir ki, iddia müqavilələrdən (alqı-satqı) əmələ gələn öhdəliklərdən yaranmış mübahisələr üzrə qaldırılıb.

İşə Gəncə Kommersiya Məhkəməsində baxılır. İddia hakim Kənan Vəliyevin sədrliyi ilə araşdırılacaq.

Xatırladaq ki, “Gənc Dəyirman” şirkəti Gəncədə fəaliyyət göstərən və çörək bulka məmulatları üzrə ixtisaslaşıb.