17:21 - 29.12.2022
29 dekabr, Fineko/abc.az. Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva və ailə üzvləri Şabran rayonunda "Şabran" İstirahət Kompleksinin açılışında iştirak ediblər.
ABC.AZ xəbər verir ki, dövlət başçısı, birinci xanım və ailə üzvləri kompleksdə yaradılan şəraitlə tanış oldular.
Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanıma oteldə görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Şabran rayonunun Pirəbədil kəndində yerləşən kompleks paytaxt Bakıdan 147 kilometrlik məsafədədir. Kompleksin ərazisində 12,6 hektar sahədə inşa olunan otel müxtəlif kateqoriyalı 119 nömrədən, birmərtəbəli 10, ikimərtəbəli 20 kottecdən ibarətdir.
8 Avqust 2026
8 Avqust 2026