16:25 - 29.12.2022
29 dekabr, Fineko/abc.az. Dövlət Vergi Xidməti prezident İlham Əliyevin təsdiqlədiyi və gələn ildən qüvvəyə minəcək Vergi Məcəlləsinə dəyişikliklərin detallarını açıqlayır.
ABC.AZ xəbər verir ki, 2023-cü il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri də ləğv prosesində olan kredit təşkilatlarının, yəni bankların və BOKT-ların vergi xərclərinin azaldılması ilə bağlıdır.
Belə ki, bu dəfəki dəyişikliyə əsasən, müflis elan olunmuş banklar əmlak və torpaq vergilərindən azad ediləcək, onların vergi borclarına faizlər hesablanmayacaq. Eləcə də yeniliyə əsasən, bağlanan bankların vergi borcu ilə bağlı əmlakı siyahıya alınmayacaq.
Daha bir yenilik həmin bankların əmlaklarının satışı ilə bağlıdır. Yeniliyə əsasən ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərin satılması, habelə bankın iflas proseduru çərçivəsində aktivlərinin satışının ƏDV-dən azad edilməsi müddəti 2026-cı il yanvarın 1-dək uzadılır.
26 Avqust 2026
25 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026