14:04 - 29.12.2022
29 dekabr, Fineko/abc.az. Bakı Metropoliteni bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək və qurumun iş vaxtı 1 saat uzadılacaq.
Bu barədə ABC.AZ-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində Bakı metropoliteninin gücləndirilmiş iş rejiminə günün tələbinə uyğun müvafiq dəyişikliklər ediləcək: “Dekabr ayının sonu və 2023-cü il yanvarın 4-dək davam edəcək bayram və istirahət günlərində şəhər mərkəzinə, həmçinin bayram gəzintiləri və müxtəlif kütləvi-mədəni tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunacaq. Sərnişin axını nəzərə alınmaqla, bayram günlərində qatarların hərəkət qrafikinə xüsusi diqqət yetiriləcək. Bununla əlaqədar dekabrın 31-i qeyri-iş günü hesab olunsa da, saat 9:00-dan 21:00-dək “Həzi Aslanov-28 May” sahəsində hərəkət edən qatarlar arasındakı interval 2,5 dəqiqə, 2023-cü ilin 1-4 yanvar tarixlərində isə 3 dəqiqəyə bərabər olacaq. Lakin mümkün sərnişin sıxlığı nəzərə alınmaqla, günün istənilən vaxtında xətlərə buraxılmaq üçün ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranacağı təqdirdə xəttə çıxarılacaq”.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026