11:35 - 27.12.2022
27 dekabr, Fineko/abc.az. Qanunsuz mənzil satışı ilə məşğul olan vəzifəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
ABC.AZ xəbər verir ki, çoxsaylı vətəndaş narazılığına səbəb olan “PROGRESS-2016” MTK-nın vəzifəli şəxsləri tərəfindən eyni mənzilin bir neçə şəxsə satılması faktları araşdırılır.
İstintaq zamanı “Hayan E” MTK-nın direktroru Nəsirov Rafiq Nəsib oğlu və “PROGRESS-2016” MTK-nın direktoru Səməndərov Emil Tofiq oğlu tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Rəsulzadə küçəsində inşa olunan yaşayış binasındakı mənzillərin müxtəlif şəxslərə satılmasına baxmayaraq, qanunsuz gəlir əldə etmək məqsədilə digər şəxslərə saxta sənədlər əsasında yenidən satılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi üzrə 26.12.2022-ci il tarixdə Nəsirov Rafiq Nəsib oğlu, Səməndərov Emil Tofiq oğlu isə Cinayət Məcəlləsinin 178.4, 308.2 təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026