10:31 - 27.12.2022
27 dekabr, Fineko/abc.az. Bildiyiniz kimi, Nazirlər Kabineti "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"na dəyişikli edib.
ABC.AZ-ın məlumatına görə, dəyişikliklər nəticəsində güzəştli şərtlərə görə daha tez pensiyaya çıxmağla icazə verilən peşələrin siyahısı genişləndirilib.
Bu dəyişiklik xüsusilə metro əməkdaşlarına aiddir.
Belə ki, qərara əsasən bundan sonra elektrik qatarlarının (seksiyalarının) maşinistləri, elektrik qatarlarının (seksiyalarının) maşinistlərinin köməkçiləri, motovoz maşinistləri, motovoz maşinistlərinin köməkçiləri, kompressor qurğusunun maşinisti, drezin sürücüsünün köməkçisi, yol nəzarətçisi, tunel fəhlələri, süni qurğular təmirçisi, süni qurğular baxıcısı, yol baxıcısı, yol montyoru, metropolitenin stansiya və tunel avadanlıqlarına xidmət göstəril məsi üzrə elektrik çilingərləri, avadanlıqların təmiri və qulluğu üzrə elektrik çilingəri, metropolitenin metal konstruksiyalarına xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingərləri, metropolitenin avadanlıqlarına xidmət göstərilməsi üzrə elektrik çilingərləri vaxtından əvvəl pensiyaya çıxa biləcək.
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026
8 Avqust 2026