15:04 - 23.12.2022
23 dekabr, Fineko/abc.az. İqtisadi imkanlar artdıqca 2003-2021-ci illərdə dövlət büdcəsinin gəlirləri 21,6 dəfə, xərcləri 22,2 dəfə artıb.
ABC.AZ xəbər verir ki, bu barədə məlumatı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
İcraçı direktor bildirib ki, bu da imkan verib ki, əhalinin sosial rifah halı yaxşılaşsın.
"2003-2021-ci illərdə əhaliyə göstərilmiş ödənişli xidmətlərin həcmi real ifadədə 5,1 dəfə artıb. Əhalinin nominal gəlirləri 10,0 dəfə və əhalinin banklardakı əmanətləri 36,7 dəfə artıb. 2021-ci ilin yanvar-dekabr aylarında orta aylıq nominal əməkhaqqı 2003-cü ilin yanvar-dekabr aylarına nisbətən 9,5 dəfə və pensiyaların orta aylıq məbləği isə 13,9 dəfə yüksəlib. Minimum əməkhaqqı 27,8 dəfə və əmək pensiyasının minimum məbləği 10,0 dəfə artıb. 2003-2021-ci illərdə əhalinin sayı 1807,3 min nəfər və ya 21,7 faiz artıb", - deyə qeyd edib.
V.Qasımlı qeyd edib ki, 2003-2021-ci illərdə Azərbaycanın xarici ticarət əlaqələri qurduğu ölkələrin sayı 124-dən 188-dək və ya 51,6 faiz artıb:
“Xarici ticarət dövriyyəsi 6,5 dəfə, o cümlədən, idxal 4,5 dəfə, ixrac 8,6 dəfə artıb. Qeyri-neft-qaz məhsullarının ixracı isə 7,3 dəfə çoxalıb”.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026