Rusiyanın bu ölkələrə təsir imkanları azalacaq

17:32 - 22.12.2022


22 dekabr, Fineko/abc.az. Rusiyanın Müstəqil Dövlətlər Birliyi ölkələrinə (MDB) siyasi və iqtisadi təsir imkanları getdikcə azalacaq.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə "Fitch Solutions" beynəllxaq reytinq agentliyinin 2023-cü il üzrə ölkələr üzrə risk və sənaye araşdırmaları ilə bağlı hesabatında bildirilib.

"2023-cü ildə biz inanırıq ki, Rusiyanın Mərkəzi Asiya və Qafqazdakı mövqeyi daha da aşağı düşəcək, çünki Ukraynadakı müharibə resursları və diqqəti ölkənin keçmiş “təsir dairəsindən” yayındırır. Rusiya regionlarda öz təsirini gücləndirmək üçün nəinki zəifləyəcək, həm də Mərkəzi Asiya və Qafqaz hökumətləri Rusiyanın iqtisadi və təhlükəsizlik dəstəyindən asılılığını azaltmaq üçün fəal səy göstərəcəklər. Qazaxıstan kimi daha böyük dövlətlər üçün Rusiyanın nisbi zəifliyi daha çox müstəqillik üçün fürsət təqdim edə, Ermənistan kimi daha kiçik dövlətlər isə Rusiyanı yeni tərəfdaşlarla əvəz etməyə çalışa bilər" -"Fitch Solutions" şərh edib.