Azad olunmuş ərazilərdə işləyənlərə müavinət veriləcək – Detallar

15:55 - 22.12.2022


22 dekabr, Fineko/abc.az. İşğaldan azad olunmuş ərazilərdə işləyən mütəxəssislər üçün birdəfəlik müavinətin 5 il ərzində ildə bir dəfə verilməsi nəzərdə tutulur.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, müavinətin məbləği hələ ki, təsdiq olunmayıb.

Qeyd edək ki, Milli Məclis tərəfindən təsdiq olunan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərdə işləyən mütəxəssislər üçün birdəfəlik müavinət təyin olunması nəzərdə tutulur.