Sahibkarlar bəyan edilən dəyərin bir qisminin geri ödənilməsində çətinliklərlə rastlaşırlar - KOBİA sədri

11:28 - 20.12.2022


20 dekabr, Fineko/abc.az. Sahibkarlar konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən müvafiq müddətə Azərbaycan respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

O qeyd edib ki, buna baxmayaraq bəzi hallarda sahibkarlar qida məhsulları, əsasən meyvə-tərəvəz ixrac etdikdən sonra xarab olan məhsullara dair sənəd təqdim edə bilməmələrinə görə, bəyan edilən dəyərin bir qisminin geri ödənilməsində bəzi çətinliklərlə rastlaşırlar.

"Bu sahədə tənzimləyici mexanizmlərin tətbiqi məqsədilə beynəlxalq təcrübədə təklif edilən mütərəqqi təcrübələrə baxmaq daha yaxşı olardı”, - deyə O.Məmmədov əlavə edib.