“Hamid Tabrizi Company” MMC məhkəməyə verildi

10:22 - 20.12.2022


20 dekabr, Fineko/abc.az. “Hamid Tabrizi Company” MMC-yə gömrük qaydaları əleyhinə olan (xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) inzibati xəta protokolu tərtib olunub.

ABC.AZ xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

Qeyd edək ki, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.