16:48 - 19.12.2022
19 dekabr, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2022-ci il tarixli Qərarı ilə 2023-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.
Nazirlikdən ABC.AZ-a verilən xəbərə görə, 2023-cü ildə aşağıdakı günlər iş günü hesab edilmir:
1, 2 yanvar – Yeni il bayramı;
20 yanvar – Ümumxalq Hüzn günü;
8 mаrt – Qadınlar günü;
20, 21, 22, 23, 24 mart – Novruz bayramı;
21, 22 арrеl – Ramazan bауrаmı;
9 may – Faşizm üzərində Qələbə günü;
28 mау – Müstəqillik Günü;
15 iyun – Azərbaycan xalqının Milli Qurtuluş günü;
26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü;
28, 29 iyun – Qurban bayramı;
8 noyabr – Zəfər Günü;
9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü;
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü.
2023-сü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 4 yanvar, 24 aprel, 29 may tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 29 may tarixləri istirahət günləridir.
2023-cü ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026
8 Avqust 2026