17:07 - 14.12.2022
14 dekabr, Fineko/abc.az. Ələt Azad İqtisadi Zonasında yalnız o şirkətlər işləyə biləcək ki, onların istahsal etdiyi məhsulların azı 75%-i xaricə ixrac edilsin.
ABC.AZ xəbər verir ki, bu barədə Ələt Azad İqtisadi Zonasının rəhbəri Valeh Ələsgərov bildirib.
Onun sölərinə görə, zonada əsasən ixrac əsaslı istehal və beynəlxalq ticarət xidməti göstərən hirkətlər fəaliyyət göstərə biləcəklər.
«Şərtə görə, burada istehsal edilən məhsulun azı 75%-i xaricə ixrac edilməlidir. Bunun məqsədi odur ki, burada kiçik müəssisələr olmasın»-deyə V.Ələsgərov bildirib.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026