14:36 - 14.12.2022
14 dekabr, Fineko/abc.az. “Hazırda özəl sektor Azərbaycanda ÜDM-in 85% formalaşmasında iştirak edir ki, bu da kifayət qədər böyük rəqəmdir”.
ABC.AZ xəbər verir ki, bunu deputat Tahir Mirkişili yerli mətbuata açıqlamasında bildirib.
O sözlərinə belə davam edib: “Nəzərə alsaq ki, Azərbaycan neft-qazla zəngin ölkədir və neft-qaz dövlətin mülkiyyətində olan iqtisadi sahədir. Bunu nəzərə alsaq, özəl sektorun 85%-ə qədər çatması düşünürəm ki, Azərbaycanda sahibkarlığa göstərilən dəstəyin, həm də yaradılan imkan nəticəsində olub”.
Tahir Mirkişili qeyd edib ki, Azərbaycanda hazırda 1 milyon 168 min sahibkar var. Onların 250 mindən çoxu qadın sahibkarlardır: “Azərbaycanda iri sahibkarlar arasında təəssüf ki, qadın sahibkarlar yoxdur. Orta sahibkarların təxminən 8%-i, kiçik sahibkarların da təxminən 16%-i, mikrosahibkarların 25%-i isə qadın sahibkarlardır. Bu gün işğaldan azad olunan ərazilərdə işləmək üçün müraciət edən sahibkarlardan 50-i qadın sahibkarlardır”.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026