17:13 - 12.12.2022
12 dekabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-sentyabr aylarında Gəncə şəhəri üzrə muzdla işləyənlərin əməkhaqqı açıqlanıb.
ABC.AZ xəbər verir ki, Gəncə Statistika İdarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq əməkhaqqı 611,9 manat, dövlət sektorunda 662,9 manat, qeyri-dövlət sektorunda 528,8 manat təşkil edib.
İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əməkhaqqı orta şəhər göstəricisinə nisbətən yüksək olmuş, emal sənayesində 642,9 manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında 799,1 manat, maliyyə və sığortada 1319,3 manat, daşınmaz əmlakla əlaqədar əməliyyatlarda 1281,0 manat, peşə, elmi və texniki fəaliyyətdə 615,2 manat, dövlət idarəetməsi və müdafiə; sosial təminatda 964,5 manat, təhsildə 622,9 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 654,4 manat təşkil edib.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026