Əhali 11 ayda elektrik mallarına və mebellərə 200 milyon manat artıq vəsait xərcləyib - Hesabat

15:55 - 12.12.2022


Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsi ölkədə pərakəndə ticarət dövriyyəsi barədə məlumat yayıb.

ABC.AZ xəbər verir ki, sözügedən dövrdə pərakəndə ticarət dövriyyəsi ümumilikdə 45 milyard 111 milyon manat olub. Ümumilikdə ötən illə müqayisədə ərzaq mallarına xərclənən pullar 23,5% artıb. 

Ərzaq xərclərini artıran əhalinin digər sahələrdəki xərclərinin ümumi xərclərdə payı azalıb.

Belə ki, ötən il içki və tütün məmulatlarına xərclənən vəsait ümumi xərcdlərin 5%-i qədər idisə, hazırda bu göstərici 4,5%-ə enib.
Geyim və ayaqqabılara xərcldənən vəsaitlər 600 milyon manat artsa da, onun ümumi xərclərdə payı 15,7%-dən 14,7%-ə enib.
Əhali elektrik malları və mebellərə 200 milyon artıq vəsait xərcləsə də, bu xərc maddəsinin ümumi xərcərdə payı 5,3%-dən 5%-ə enib.
Eyni ilə yanacağa sərf edilən vəsait 250 milyon manat artsa da, onun ümumi xərclərdə payı 6%-dən 5,6%-ə enib.