14:25 - 1.12.2022
1 dekabr, Fineko/abc.az. Azərbaycanda bizneslərin mütləq əksəriyyətini (99,6 faiz), mikro, kiçik və orta sahibkarlıq təşkil edir.
ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, 2021-ci ilin nəticələrinə əsasən, qeyri-neft-qaz sektoru üzrə yaradılmış əlavə dəyərdə KOB-ların payı 27,5 faiz olub.
Nazir bildirib ki, KOB-ların qeyri-neft ixracında payı 2020-ci ildəki 31,8 faizdən ötən ildə 59,8 faizə yüksəlib. Bu kateqoriyadan olan bizneslərin dövriyyəsi 2021-ci ildə 20 milyard ABŞ dollarına yaxın olub və ölkə üzrə biznesin ümumi dövriyyəsinin 32 faizdən çox hissəsini, qeyri-neft ÜDM-in isə 56,5 faizini təşkil edib.
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026