Prezident Serbiyaya getdi – Belqradda İlham Əliyevin qarşılanma mərasimi olub

14:09 - 23.11.2022


23 noyabr, Fineko/abc.az. Noyabrın 23-də Prezident İlham Əliyev Serbiyaya səfər edib.

ABC.AZ xəbər verir ki, dövlət başçısının paytaxtı Belqradda rəsmi qarşılanma mərasimi olub.

Azərbaycanın və Serbiyanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycanın və Serbiyanın Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.