Prezident İlham Əliyev Avropa İttifaqı rəsmisini qəbul edib

15:14 - 17.11.2022


17 noyabr, Fineko/abc.az. Prezident İlham Əliyev noyabrın 17-də qəbul keçirib.

ABC.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Məlumata əsasən, dövlət başçısı Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyəti ilə görüşüb.