17:14 - 15.11.2022
15 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Albaniyada rəsmi səfərdədir.
ABC.AZ-ın məlumatına görə, dövlət başçıları görüşdən sonra mətbuat üçün brifinq keçirib. İ.Əliyev brifinqdə bəzi vacib nüanslara toxunub.
Qeyd edib ki, Azərbaycanın NATO ilə sıx əməkdaşlıq platforması var.
“Biz uzun illər Əfqanıstanda NATO-nun əməliyyatlarında fəal iştirak etmişdik. Demək olar ki, NATO-ya üzv olmayan ölkələr arasında birincilər sırasındaydıq ki, biz sülhməramlı missiyaya qoşulduq və Əfqanıstandan çıxan son 2 ölkə arasındaydıq. Son iki ölkə Türkiyə və Azərbaycan idi. Bütün qalan NATO üzvləri bizdən qabaq oradan çıxmışdı. Bu da bizim məsuliyyətimizin təzahürüdür. Albaniya da NATO-nun üzvü kimi, NATO-Azərbaycan əlaqələrinə həmişə böyük dəstək verib. Buna görə də mən sizə minnətdaram”, - dövlət başçısı qeyd edib.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026