10:32 - 5.11.2022
5 noyabr, Fineko/abc.az. Böyük brendlər milyarder sahibkar İlon Maskın 44 milyard dollara aldığı sosial media platforması Twitter-də reklamlarını dayandırmağa qərar verməyə başlayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, General Motors, Volkswagen AG, General Mills, Pfizer qərar qəbul edən ilk şirkətlər olub.
Milyarder sahibkar İlon Maskın satın aldığı platformada məzmun moderasiyası standartları və təhlükəsizlik mühafizəsinin azalacağı ilə bağlı narahatlıqlar, fəal qrupların təzyiqi və reklam verən şirkətlərin imicinə zərər vuracağına dair narahatlıqlar nəhəng brendlərin reklamlarını sosial media platformasından geri çəkməsinə səbəb olub.
Twitter-in gəlirlərinin təxminən 90 faizi reklamçılardan gəlir.
Müəllif: Elmir Murad
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026