11:44 - 1.11.2022
1 noyabr, Fineko/abc.az. Yapon avtomobil istehsalçısı Toyota Motor Corp-un xalis mənfəəti azalıb.
ABC.AZ şirkətin hesabatına istinadən xəbər verir ki, xalis mənfəət 2022-2023-cü maliyyə ilinin birinci yarısında (30 sentyabrda başa çatıb) əvvəlki maliyyə ilinin eyni dövrü ilə müqayisədə 23,2% azalaraq 1,171 trilyon yen (təxminən 7,9 milyard dollar) təşkil edib.
Səhm üzrə mənfəət ötən maliyyə ilinin birinci yarısında 109,28 yen (0,7 dollar) ilə müqayisədə 85,42 yen (0,6 dollar) təşkil edib.
Şirkətin illik gəliri 14,4% artaraq 17,709 trilyon yenə (119 milyard dollar), əməliyyat mənfəəti isə 34,7% azalaraq 1,14 trilyon yenə (7,7 milyard dollar) düşüb.