Zığ–Hövsan avtomobil yolu yenidən qurulacaq - Sərəncam

14:57 - 28.10.2022


28 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında  Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, sərəncamda deyilir ki, əlli səkkiz min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zığ–Hövsan avtomobil yolunun yenidən qurulmasının başa çatdırılması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,0 (yeddi) milyon manat ayrılıb. Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırıb.