“Xocasən” stansiyası nə vaxt istifadəyə veriləcək?

11:25 - 27.10.2022


27 oktyabr, Fineko/abc.az. Bakı metropoliteninin “Xocasən” stansiyası və “Xocasən” elektrik deposunda tikinti-quraşdırma işləri başa çatıb.

ABC.AZ xəbər verir ki, bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin İdarə heyəti sədrinin müavini Hidayət Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Qurum rəsmisi bildirib ki, hazırda stansiyada sınaq işləri aparılır:

“Stansiyanın ilin sonuna kimi istifadəyə verilməsi gündəmdədir. Artıq stansiya və elektrik deposunda işlər yekunlaşıb. Hazırda stansiyada sınaq-sazlama işləri aparılır, qatarların hərəkətinin təşkili son mərhələdədir. İşlər tam başa çatdırılandan sonra stansiya sərnişinlərin istifadəsinə veriləcək”.