10:02 - 27.10.2022
27 oktyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsində daha bir yüksək vəzifəli general işdən çıxarılıb.
ABC.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, gömrük xidməti general-mayoru Qasımov Cavad Mustafa oğlu sədr müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, Cavad Qasımov 1999-cu ildə Dövlət Gömrük Komitəsinin Bakı Aksiz Gömrük Postunun Gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsinin inspektoru kimi gömrük orqanlarında fəaliyyətə başlayıb.
O, 1999-2002-ci illərdə Komitənin Bakı Aksiz Gömrük Postunun Gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsinin rəisi, 2002-2006-cı illərdə Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi Sərnişin şöbəsinin rəisi, 2006-cı ildə Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin Gömrük Rejimlərinə Nəzarət İdarəsinin rəisi olub.
Cavad Qasımov 2006-2008-ci illərdə Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi rəisinin 1-ci müavini - Gömrük Rejimlərinə Nəzarət İdarəsinin rəisi vəzifələrində çalışıb. 2014-cü ilin yanvar ayında Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
6 iyul 2018-ci ildə Prezidentin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyin olunub.