17:12 - 25.10.2022
25 oktyabr, Fineko/abc.az. Oktyabrın 27-dən etibarən Bakıda yeni E1 ekspres marşrut xətti fəaliyyətə başlayacaq.
Bakı Nəqliyyat Agentliyindən ABC.AZ-a daxil olmuş məlumata görə, yeni təşkil edilən xətt üzrə avtobuslar metronun “Xalqlar Dostluğu” stansiyasından başlayaraq Qara Qarayev prospekti - “Koroğlu” stansiyası - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Neftçilər prospekti – “Azneft” dairəsi - Bibiheybət -Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edəcək.
Marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-nin istismarında olan avtobuslarla icra ediləcək. İlkin mərhələdə daşımalara 10 ədəd avtobus cəlb ediləcək.
Xətt üzrə avtobuslar səhər saat 06:30-dan axşam saat 18:30-dək fəaliyyət göstərəcək.
Gediş haqqı 0.60 AZN olacaq avtobuslar hərəkət sxemi üzrə bütün dayanacaq məntəqələri üzrə deyil, yalnız əvvəlcədən müəyyən edilmiş sərnişin tələbatı daha çox olan məntəqələrdə dayanacaq.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026